XƏBƏR LENTİ

18 Sentyabr 2019
17 Sentyabr 2019

Digər Xəbərlər

10 Sentyabr 2019 - 21:48

İspaniyada erkən parlament seçkisi olacaq? –Parlamentdə Baş nazir seçimi ilə bağlı fkir ayrılığı yaranıb

İspaniya parlamenti sentyabrın 23-dək yeni Baş naziri təsdiq etməsə, noyabrın 10-da növbədənkənar parlament seçkilərinin keçirilməsi gözlənilir.

“RİA Novosti” xəbər verir ki, bu il aprelin 28-də keçirilən seçkilərdə qalib gələn İspaniya Sosialist İşçi Partiyası ilə solçu “Unidas Podemos” İttifaqı arasındakı danışıqlar nəticə verməsə, son dörd il ərzində sayca dördüncü parlament seçkiləri labüd olacaq.

Qeyd edək ki, son seçkilərdə qalib gəlmələrinə baxmayaraq, sosialistlərin rəhbəri Pedro Sançez iyul ayında iki dəfə keçirilən səsvermədə baş nazir vəzifəsinə təsdiq olunmayıb. Bunun səbəbi “Unidas Podemos” ittifaqı ilə üç ay davam edən danışıqlar zamanı koalisiya hökuməti yaratmaqla bağlı hələ də razılığa gəlinməməsidir/Report.