XƏBƏR LENTİ

11 Dekabr 2019
10 Dekabr 2019

Digər Xəbərlər

11 Sentyabr 2019 - 09:40

Maduro:"Kolumbiya ilə sərhəddəki təlimlər müdafiə xarakterlidir"

“Venesuela Kolumbiya ilə sərhəddə hərbi təlimlər keçirməklə heç bir dövləti hədələmir, yalnız öz ərazisini müdafiə edir”.

Bu barədə Venesuela prezidenti Nikolas Maduro bildirib.

Venesuela prezidentinin sözlərinə görə, səfərbərlik haqqında qərarKolumbiya ilə sərhəddə baş verən hadisələr haqqında ordunun strateji komandanlığının məlumatının təhlilinə əsasən qəbul edilib. Maduro bildirib ki, Karakas Boqota tərəfindən təcavüzü hiss edir. O, vurğulayıb ki, Kolumbiyanın zorakılıq siyasəti elə bu ölkədə qalmalıdır, belə siyasət Venesuelaya lazım deyil.

Maduro qeyd edib ki, Venesuela qoşunlarının bütün növləri qonşu ölkə ilə sərhədə yerləşdirilib.

Venesuelanın Kolumbiya ilə sərhəddə hərbi təlimləri sentyabrın 10-da başlayıb və ayın 28-dək davam edəcək. /Report