XƏBƏR LENTİ

20 Noyabr 2019
19 Noyabr 2019

Digər Xəbərlər

11 Sentyabr 2019 - 18:11

İran:"ABŞ-da müharibəni qızışdıranlar getməlidir"

İran Birləşmiş Ştatlar “müharibə qızışdıranları kənarlaşdırmağa” çağırıb.

Bundan öncə ABŞ-ın Milli təhlükəsizlik müşaviri Con Bolton vəzifədən uzaqlaşdırılıb.

Prezident Həsən Ruhani sentyabrın 11-də hökumətin iclasında deyib ki, Birləşmiş Ştatlar “döyüşkənlik və müharibəni qızışdırmağın onun xeyrinə olmadığını anlamalıdır. Bunların hər ikisindən… əl çəkməlidir”.

“Müharibə yanğısı – maksimum təzyiq – baş müharibə qızışdırıcısı ilə birlikdə getməlidir”, – Xarici işlər naziri Məhəmməd Cavad Zərif tvitində yazıb.

Ötən ilin mayından İranla Birləşmiş Ştatlar arasında gərginlik qızışıb. Prezident Donald Tramp İranla 2015-ci il nüvə sazişindən çıxaraq Tehrana sanksiyaları bərpa edib. (azadliq.org)