Kanadanın Baş Naziri Castin Trüdo ölkə parlamentinin buraxıldığını elan edib.
Baş Nazir bunu xalqa müraciətində bildirib. Onun müraciəti bütün federal telekanallarda canlı yayımlanıb.
“Bir neçə dəqiqə əvvəl Kanadanın general-qubernatoru parlamentin buraxılması barədə ərizəmi qəbul etdi. Kanadalılar seçki məntəqələrinə oktyabrın 21-də gələcəklər”,- Castin Trüdo xalqa müraciəti zamanı belə deyib.
Ənənəyə uyğun olaraq, hökumət başçısı bu gün səhər ölkənin general-qubernatoru Jüli Peyettin iqamətgahına gəlib və ondan milli parlamentin buraxılmasını xahiş edib. Həmin andan Kanada tarixində 43-cü seçkiqabağı kampaniya başlayıb(azərtac).