XƏBƏR LENTİ

21 Noyabr 2019

Digər Xəbərlər

12 Sentyabr 2019 - 00:19

Gürcüstan baş nazirinin aparat rəhbəri istefa verib

Gürcüstanın hökumət administrasiyasının aparat rəhbəri Giorgi Çoladze istefa verib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə G.Çoladze “Facebook” səhifəsində yazıb.

O, bu gün hökumət administrasiyasının aparat rəhbəri vəzifəsində sonuncu iş gününün olduğunu bildirib.

Qeyd edək ki, qonşu ölkənin hökumət administrasiyasının aparatı strukturu ötən ilin iyulunda yaradılıb. Baş nazirin aparatına ictimaiyyətlə əlaqələr, protokol və xarici əlaqələr üzrə şöbələr tabedir.