XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

12 September 2019 - 12:16

Putin Netanyahu ilə görüşəcək –Soçidə

Rusiya Prezidenti Vladimir Putin sentyabrın 12-də Qara dəniz sahilindəki Soçi şəhərində İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşməlidir.

Tərəflər İsraillə Rusiya arasında “hərbi əməkdaşlığın gücləndirilməsini”, hər iki ölkənin müəyyən dərəcədə qatıldığı Suriya müharibəsini müzakirə edəcəklər, Netanyahunun idarəsi bildirib.

Sentyabrın 17-də İsrail parlamentində təkrar seçki keçirilməlidir. İsrailin Baş nazirinin Likud partiyasını sərt sınaq gözləyir.

Keçmiş Sovet İttifaqına bağlı seçicilər bu seçkidə əhəmiyyətli rol oynayırlar.

Postsovet ölkələrindən bir milyondan çox adam hazırda İsraildə yaşayır və ölkə əhalisinin beşdə birini təşkil edir.

Netanyahu avqustda Ukraynaya ikigünlük səfər edib. Bu, İsrail baş nazirinin son iyirmi ildə bu ölkəyə ilk səfəri idi.

BMT-nin Baş katibi Antonio Quterreş sentyabrın 11-də Netanyahunun seçkidən sonra İordan çayının qərb sahilinin bir hissəsini ilhaq etmək vədini pisləyib, bunu “beynəlxalq hüququn ciddi şəkildə pozulması” adlandırıb. (azadliq.org)