XƏBƏR LENTİ

23 Sentyabr 2019

Digər Xəbərlər

12 Sentyabr 2019 - 19:38

Gürcüstanın keçmiş müdafiə nazirinə yeni vəzifə verildi –Levan İzoria Kəşfiyyat Xidmətinə rəhbərlik edəcək

Gürcüstanın keçmiş müdafiə naziri Levan İzoria ölkənin Kəşfiyyat Xidmətinə rəhbərlik edəcək.

L.İzoria Xidmətin əməkdaşları ilə görüş keçirib və qurumda həyata keçirilən islahatlarla tanış olub.

O, Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri David Sucaşviliyə peşəkarlığına görə təşəkkür edərək, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

D.Sucaşvili Gürcüstan müdafiə nazirinin müavini təyin olunub.

Qeyd edək ki, L.İzoria 2016-cı ilin avqustundan 2019-cu ilin sentyabrın 3-dək müdafiə naziri olub/Report.