XƏBƏR LENTİ

02 İyun 2020
01 İyun 2020

Digər Xəbərlər

13 Sentyabr 2019 - 09:49

“Suriyada müharibə başa çatıb” –Lavrov

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Suriyadakı müharibənin “həqiqətən başa çatdığını” söyləyib.

O, bunu “Trud” qəzetinə müsahibəsində deyib.

“Ölkə getdikcə normal, dinc həyata qayıdır. Ayrı-ayrı gərginlik ocaqları yalnız Suriya hökumətinin İdlib və Fərat çayının şərq sahili kimi nəzarətində olmayan ərazilərdə qalır”, – deyə o bildirib.

Nazirin sözlərinə görə, belə şəraitdə Suriyaya humanitar yardım göstərmək və “bu ölkədə, bütövlükdə Yaxın Şərq regionunda etibarlı və uzunmüddətli sabitliyə nail olmaq naminə böhranın həlli üçün siyasi prosesin irəliləməsi” vəzifələri ön plana çıxır. (Report)