XƏBƏR LENTİ

04 İyun 2020

Digər Xəbərlər

13 Sentyabr 2019 - 10:58

ABŞ-ın dövlət büdcəsinin kəsiri 1 trln. dolları üstələyib –

ABŞ-ın federal büdcəsinin xərcləri fiskal ilinin 11 ayı ərzində büdcə gəlirlərini 1 trln. dollar üstələyib.

Sonuncu dəfə bu cür büdcə kəsiri 2012-ci ildə qeydə alınıb.

ABŞ-ın Maliyyə Nazirliyinin dərc etdiyi hesabata əsasən, 2018-ci fiskal ili ilə müqayisədə ABŞ-ın büdcə kəsiri 169 mlrd. dollar və ya 19% artaraq avqustun 31-nə 1,067 trln. dollara çatıb.

ABŞ-ın büdcə xərclərinin əsas hissəsi sosial təminat proqramları, hərbi və səhiyyə sahələrinin maliyyələşdirilməsinə yönəlib.

Qeyd edək ki, 11 ay ərzində ABŞ dövlət borcu üzrə faiz qismində 389 mlrd. dollar ödəyib. (apa)