XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

13 Sentyabr 2019 - 13:34

AB Rusiyaya qarşı sanksiyaları uzadır

Avropa Birliyi Rusiya 170 rəsmisi və Moskvanın dəstəklədiyi Ukrayna separatçısına, eləcə də 44 quruma qarşı sanksiyaları martın 15-dək uzadıb.

Məlumatı AB-nin Brüsseldəki qərargahı sentyabrın 11-də yayıb.

AB səfirləri sanksiyaları uzatmağa sentyabrın 4-də razılaşmışdılar. Sanksiyalara viza qadağaları, aktivlərin dondurulması, Krımda biznes qurmağa qadağa daxildir.

Bu sanksiyalar Moskva Ukraynanın Krım regionunun 2014-cü ilin martında ilhaq edəndən sonra qoyulub. O vaxtdan Moskva Ukraynanın şərqində separatçıları dəstəkləməyə başlayıb və münaqişədə indiyədək 13 mindən çox adam həlak olub.

Rusiyanın Birləşmiş Ştatlardakı səfiri Anatoli Antonov, Baş nazirin müavini Dmitri Roqozin, Rusiya Silahlı Qüvvələrinin başçısı, General Valeri Gerasimov, dövlət televiziyasının aparıcısı Dmitri Kiselyov var.

AB bildirir ki, Rusiya Ukraynanın Donbas münaqişəsində sülhün yol xəritəsini nəzərdə tutan Minsk razılaşmasına əməl etsə, bəzi qadağalar yüngülləşdirilə, yaxud qaldırıla bilər. (azadliq.org)