XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

13 September 2019 - 13:58

Əhməd Davudoğlu AKP-dən istefa verib

Türkiyənin keçmiş baş naziri Əhməd Davudoğlu hakim Ədalət və İnkişaf Partiyasından istefa verib.

O, sentyabrın 13-də keçirdiyi mətbuat konfransında AKP-dən çıxmaqla bağlı qərarını açıqlayıb.

***

Ə.Davudoğlu AKP üzvülüyündən çıxarılacaqlarını təsəvvür etmədiklərini bildirib: “Bizim üçün partiya sıralarından çıxarılma tarixi 2019-cu il sentyabrın 2-dən, AKP-nin qurulması prinsiplərindən imtina etdiyi gündən sayılır. Azsaylı kadrların nəzarətində olan AKP-nin ölkəmizin problemlərini həll etmək imkanı yoxdur”.

“Demokratik nizam qurmaq istəyirk” deyən Ə.Davudoğlu yeni siyasi hərakat yaratdıqlarını bildirib: “Bu gündən etibarən yeni bir siyasi hərəkat qurmaq bizim üçün tarixi məsuliyyətdir. Bu çərçivədə siyasi görüşündən asılı olmayaraq, məsuliyyət hissə edən hər kəsi bilikdə fəaliyyət göstərməyə dəvət edirəm”. (report)