XƏBƏR LENTİ

25 May 2020

Digər Xəbərlər

13 Sentyabr 2019 - 14:28

Türkiyə, Rusiya və İran prezidentləri görüşəcək –Sentyabrın 16-da

Sentyabrın 16-da Türkiyə, Rusiya və İran prezidentləri Rəcəb Tayyib Ərdoğan, Vladimir Putin və Həsən Ruhani arasında görüş keçiriləcək.

Ankarada baş tutacaq görüşdə Suriya böhranı müzakirə olunacaq. Zirvə görüşündə Suriyanın İdlib, Menbiç bölgələrində, Fərat çayının cənubunda gedən proseslərlə bağlı fikir mübadiləsi aparılacaq.

Ərdoğan daha sonra Rusiya və İran prezidentləri ilə ikitərəfli görüşlər keçirəcək.
Görüşlərdən sonra mətbuat konfransı təşkil olunacaq.

Qeyd edək ki, yaxın zamanlarda İstanbulda Türkiyə, Rusiya, Fransa və Almaniya dövlət başçılarının iştirakı ilə daha bir sammit keçirilməsi planlaşdırılır.