XƏBƏR LENTİ

02 İyun 2020
01 İyun 2020

Digər Xəbərlər

13 Sentyabr 2019 - 15:12

Rumıniya leyi dünyanın ən “çirkli” puludur –Alimlər

Türkiyə, Hollandiya və Almaniyadan olan alimlər bakteriyaları asanlıqla keçirən və üzərində çox bakteriya qalan valyutaların siyahısını açıqlayıb.

AZƏRTAC xəbər verir ki, araşdırmaya əsasən, ən “çirkli”, üzərində bakteriyalar çox olan valyuta rumın pulu ley seçilib. Eyni zamanda, bakteriyalar ABŞ və Kanada dollarları, eləcə də Hindistan rupisində də çox qalırlar.

Qeyd olunur ki, Rumıniya leyinin ən “çirkli” pullar siyahısında birinci yer tutması bu valyutanın tərkibində saxtalaşdırmanın qarşısını alan və onu uzunmüddətli edən polimerlərin olması ilə əlaqələndirilir. Araşdırmaya görə, alimlər iqtisadiyyat üzrə Şnobel mükafatına (“Ig Nobel Prize”) layiq görülüblər. Mükafatlandırma mərasimi Harvard Universitetində keçirilib.

Qeyd edək ki, Şnobel mükafatı ən absurd elmi nailiyyətlər və qeyri-standart ideyalara görə verilir.