XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

13 Sentyabr 2019 - 15:27

Muqabe milli qəhrəmanlar qəbiristanlığında dəfn olunacaq

Sentyabrın 6-da 96 yaşında Sinqapurda vəfat edən Zimbabvenin sabiq prezidenti Robert Muqabenin ailəsi onun doğma Kutama kəndində deyil, Xarare şəhərində yerləşən milli qəhrəmanlar qəbiristanlığında dəfn olunmasına razılıq verib.

Reuters agentliyi xəbər verir ki, bu barədə ölkənin sabiq liderinin qohumlarından biri jurnalistlərə bildirib. Onun sözlərinə görə, prezidentin ailəsi bu mövzunu hakimiyyət dairələri ilə müzakirə edib.

Robert Muqabe Zimbabvenin müstəqillik qazandığı 1980-ci ildən başlayaraq 37 il ərzində ölkəyə rəhbərlik edib. 2017-ci ildə o, ev dustağı edilib, sonradan isə impiçmenti gözləməyərək istefa verib.

Robert Muqabe paytaxtdakı milli qəhrəmanlar qəbiristanlığında deyil, doğma Kutama kəndində dəfn olunmasını vəsiyyət etmişdi.

Sabiq prezidentin nəşi çərşənbə günü Xarareyə gətirilib. (AZƏRTAC )