XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

05 March 2015 - 09:07

İlham Əliyevin iştirakı ilə yeni üçtərəfli görüş

Qabil Hüseynli: “Türkmənbaşının vaxtında ölkələrimiz arasında soyuqluq vardı”

“üç prezidentin görüşməsinin digər vacib tərəfi isə türk dövlətlərinin mehriban münasibətinə dəlalət etməsidir ki, bu da hər birimizə lazımdır”


Bu il Türkiyə, Azərbaycan və Türkmənistan prezidentlərinin üçtərəfli görüşü keçiriləcək. Bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Türkmənistanın prezidenti Qurbanqulu Berdımuhammedovla görüşdən sonra keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, ötən il Türkiyə, Azərbaycan və Türkmənistan xarici işlər nazirləri səviyyəsində üçtərəfli format təşkil olunub: “Nazirlər görüşərək bir sıra məsələləri, o cümlədən əməkdaşlıq layihələrini müzakirə edirlər. Bu mexanizmi liderlər səviyyəsinə çıxarmaq qərarına gəlmişik və bu il Türkmənistanda ilk toplantımızı keçirəcəyik”.


R. T. Ərdoğan üç ölkə arasında nəqliyyat və enerji sahəsində əməkdaşlıq əlaqələrinin qurulduğunu söyləyib: “Orta Asiyanın Xəzər dənizi vasitəsilə dünya bazarına çıxması baxımından Türkmənistan vacib mövqeyə malikdir. Görüşümüzdə Türkmənistan qazının Türkiyə vasitəsilə Avropa bazarına daşınması barədə fikir mübadiləsi apardıq. Bu sahədə, başda Azərbaycan olmaqla, digər bölgə ölkələri ilə dialoq və əməkdaşlıq qururuq”.


Xatırladaq ki, Türkmənistan prezidenti Qurbanqulu Berdimuhammedov Türkiyəyə rəsmi səfər edib. Səfər

çərçivəsində iki ölkə arasında bır sıra sahələrdə əməkdaşlığa dair sənədlər imzalanıb.
Bu formatda görüşün baş tutması “Cənub Qaz Dəhlizi” layihəsinin reallaşmasında hansı rolu oynayacaq?

Politoloq Qabil Hüseynli qəzetimizə açıqlamasında bildirdi ki, bu görüşün böyük əhəmiyyəti olar: “Məlum olduğu kimi, Rusiyanın Avropaya tətbiq etdiyi qaz embarqosundan sonra alternativ mənbələrə Qərbin marağı artıb. Bu yaxınlarda Bakıda “Cənub Qaz Dəhlizi”nin reallaşması ilə bağlı keçirilən böyük tədbirin gedişindən də bu aydın hiss edilirdi. Bu istiqamətdə, təbiidir ki, Azərbaycanın rolu çox böyükdür. Bəllidir ki, Azərbaycanın istifadə olunmamış böyük qaz yataqları var. Onların Avropaya nəqlində maraqlı olan ölkələr çoxdur. Türkmənistan da zəngin ehtiyatlara malik ölkədir. “Cənub Qaz Dəhlizi” layihəsində Orta Asiya resurslarının da Qərbə nəqli nəzərdə tutulur. Aydındır ki, bu məsələdə biz həm də tranzit rolunu oynayacağıq.
Bu baxımdan da Azərbaycan-Türkmənistan münasibətlərinin daha normal məcrada davam etməsi lazımdır. Türkmənbaşının vaxtında ölkələrimiz arasında soyuqluq vardı.
Şükürlər olsun ki, hazırda münasibətlər normallaşıb. üç prezidentin görüşməsinin digər vacib tərəfi isə türk dövlətlərinin mehriban münasibətinə dəlalət etməsidir ki, bu da hər birimizə lazımdır”.