XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

13 September 2019 - 21:29

Rusiya ilə İran arasında birbaşa hesablaşmalar sistemi yaradılır –Rusiya prezidentinin köməkçisi

Rusiya ilə İran üçüncü ölkələrin sanksiyalarından qorunmaq üçün birbaşa hesablaşmalara əsaslanan ayrıca maliyyə əlaqələri sistemi yaradır.

Bu barədə jurnalistlərə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.

O, milli valyutalarla hesablaşmalar aparmaqla Rusiyanın maliyyə məlumatları ötürmə sistemi ilə İranın telekommunikasiya maliyyə sistemi – SEPAM arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində addımlar atıldığını açıqlayıb. Bu sistem SWIFT beynəlxalq banklararası məlumat ötürmə və ödəniş sisteminə alternativ olaraq yaradılır. (Report)