XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

13 September 2019 - 23:05

Çin ABŞ-ın bəzi məhsullarına tətbiq olunan əlavə tarifləri dayandırıb- Qərar

Çin hökuməti ABŞ-dan idxal olunan bəzi kənd təsərrüfatı məhsullarına, o cümlədən soya və donuz ətinə tətbiq edilən əlavə tariflərin dayandırılması barədə qərar qəbul edib.

Azərtac xəbər verir ki, bu barədə Çin Dövlət Şurasının (Nazirlər Kabineti) Tarif Şurası məlumat yayıb.

Qeyd etmək lazımdır ki, sentyabrın 11-də ABŞ-ın 250 milyard dollarlıq Çin mallarına əlavə 5 faizlik tariflərin tətbiqini oktyabrın 15-dək təxirə saldığı açıqlanmışdı. Çin hökuməti ABŞ-ın bu xoşniyyətli qərarını alqışlayıb. Bundan başqa, daha əvvəldən Çin-ABŞ ticarət danışıqlarının növbəti mərhələsinin oktyabrda keçirilməsi barədə razılıq əldə olunmuşdu. Bütün bunlar dünyanın iki böyük iqtisadiyyatına sahib ölkələr olan Çin və ABŞ arasında zədələnmiş ticari əlaqələrin bərpasına təkan verə bilər.