XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

14 September 2019 - 11:19

Qazaxıstanda silah anbarı partlayıb- 4 hərbçi xəsarət alıb

Qazaxıstanın Arıs şəhərində silah-sursat anbarında partlayış baş verib. İnsident anbardakı bəzi sursat fraqmentlərini təmizləyən zaman meydana gəlib.

APA “TASS” agentliyinə istinadən xəbər verir ki, partlayış nəticəsində 4 hərbçi yaralanıb. Bu barədə ölkənin Müdafiə Nazirliyinin internet saytında yayımlanan bəyanatında deyilir.

Bildirilir ki, yaralılar Almatı şəhərindəki hərbi klinik hospitala yerləşdirilib. Hərbi polis insidentlə əlaqədar araşdırma aparır.