XƏBƏR LENTİ

22 Oktyabr 2019
21 Oktyabr 2019

Digər Xəbərlər

14 Sentyabr 2019 - 14:39

Pedro Sançes:"İspaniya Böyük Britaniyanın Aİ-dən çıxmasına hazırdır"

İspaniya Brexit prosesinin tezliklə baş tutacağına hazırlaşır. Bu məqsədlə təqribən 1000 nəfər yeni dövlət qulluqçusu işə qəbul edilib. İspaniyanın baş naziri səlahiyyətlərini icra edən Pedro Sançes Konqresdə çıxış edərək bildirib ki, ölkə hadisələrin hər hansı formada inkişafına, o cümlədən Böyük Britaniyanın müvafiq saziş olmadan Aİ-dən çıxmasına hazırdır.

Azərtac xəbər verir ki, ispaniyalı siyasətçi Böyük Britaniyanın Baş Nazirinin “siyasi blokadaya alınması” ilə əlaqədar təəssüflədiyini bildirib və B.Conson hökumətini kəskin tənqid edib.

Brexit ilə əlaqədar İspaniyada işə qəbul edilmiş yeni qulluqçular sərhədlərə nəzarət edəcək, gömrük məsələlərini, o cümlədən ticarətə aid məsələləri, habelə İspaniyada yaşayan britaniyalıların statusunun dəyişməsi ilə əlaqədar problemləri həll edəcəklər.