XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

14 September 2019 - 14:51

Rusiyada sərnişin avtobusu yük maşını ilə toqquşub- Xeyli insan ölüb və yaralanıb

Rusiyanın Yaroslavl vilayətində xeyli insanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, sentyabrın 14-də səhər saatlarında Yaroslavl-İvanovo yolunda sərnişin avtobusu yük avtomobili ilə toqquşub.

Qəza nəticəsində 7 nəfər ölüb, 21 nəfər xəsarət alıb. Avtobusda ümumilikdə 30 nəfər olub. Ölənlər arasında avtobusun və yük avtomobilinin sürücüləri də var. Yaralılar xəstəxanaya yerləşdirilib.

Hadisənin yük avtomobilinin qarşı yola çıxması nəticəsində baş verdiyi bildirilir.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.