XƏBƏR LENTİ

22 Oktyabr 2019

Digər Xəbərlər

14 Sentyabr 2019 - 15:35

Zimbabvedə sabiq prezident Robert Muqabe ilə vida mərasimi keçirilir- FOTO

Zimbabvenın paytaxtı Xarare şəhərindəki Milli İdman Stadionunda sabiq prezident Robert Muqabe ilə vida mərasimi keçirilir.

Azərtac TASS informasiya agentliyinə istinadla xəbər verir ki, mərasimə Zimbabvenin hazırkı lideri Emmerson Mnanqaqva rəhbərlik edir.

“Bu gün vahid, qürurlu, müstəqil və azad millət kimi ötənləri xatırlamaq və gələcəyə baxmaq üçün fikir ayrılıqlarını kənara qoyaraq bir yerə toplaşmaq lazımdır”, – deyə o, mərasimin açılışında bildirib.

Stadionun 60 min nəfər tutuma malik tribunalarında boş yer qalmayıb. Zimbabve hökumətinin məlumatına əsasən, mərasimdə Afrikanın 11 dövlət və hökumət başçısı iştirak edir. Onların arasında Anqola, Konqo, Mozambik, CAR, Keniya, Zambiya, Namibiya prezidentləri də var. Çin, Kuba, İran, Nikaraqua və Venesuela vida mərasimində rəsmi nümayəndələrlə təmsil olunur.

SABC radiostansiyasının məlumatına görə, sentyabrın 15-də paytaxtın “Milli qəhrəmanlar akrı” qəbiristanlığında Robert Muqabenin şərəfinə mavzoleyin bünövrəsi qoyulacaq. Onun nəşi oktyabr ayının ortalarında mavzoleyin inşası başa çatdıqdan sonra torpağa tapşırılacaq.