İran prezidenti Həsən Ruhani bildirib ki, ölkəsi ABŞ-la yüksək diplomatik əlaqələr qura bilər. Amma bu, birbaşa Vaşinqtondan asılıdır.
Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, Ruhani bunun üçün ABŞ-ın Tehrana qarşı düşmən mövqeyindən geri çəkilməli olduğunu bildirib: «Bu, iki ölkə arasında dostluq münasibətlərinin qurulması üçün vacib şərtdir. Bu məsələdə açar Tehranın yox, Vaşinqtonun əlindədir. İstərdim ki, amerikalılar düşmən mövqeyindən geri çəkilib başqa yola üz tutsunlar. Amma ABŞ-ın öz daxilində də problemlər var, vahid mövqe yoxdur».