XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

14 September 2019 - 16:28

Səudiyyə Ərəbistanında neft zavodu partladılıb- Güclü yanğın başlayıb+VIDEO

Səudiyyə Ərəbistanında dövlətə məxsus neft emalı zavodunda güclü yanğın başlayıb.

APA-nın “Reuters”ə istinadən verdiyi məlumata görə, Abkayk bölgəsində – “ARAMCO” şirkətinə məxsus müəssisə yanır.

Bildirilir ki, müəssisəyə Pilotsuz Uçuş Aparatı (PUA) ilə hücum olub. Yanğın PUA ilə törədilən partlayışdan sonra başlayıb. Rəsmi Ər-Riyad ərazinin nəzarətə götürüldüyünü, yanğına qarşı tədbirlərin başladığını bildirsə də, alovun gücləndiyi müşahidə olunur.

Hava hücumunun bu gecə edildiyi bildirilir. Hələlik itkilər barədə açıqlama verilməyib.

Baş verən hadisəyə görə məsuliyyəti üzərinə götürən olmayıb.