XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

08 May 2015 - 12:00

Pakistan səmasındakı helikopteri “Taliban” vurub
“Taliban” helikopterin qəzaya uğramasına görə məsuliyyəti öz üzərinə götürdü
Pakistanda fəaliyyət göstərən “Taliban” qruplaşması içərisində diplomatların olduğu helikopterin qəzaya uğramasına görə məsuliyyəti öz üzərinə götürüb.
APA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, taliblər bəyan ediblər ki, helikopterdə Pakistan baş naziri Navaz Şərifin olduğunu düşünüblər.
“Helikopter zenit raketi ilə vurulub. Nəticədə pilotlar və xarici ölkələrin səfirləri ölüb”, – deyə “Taliban”ın bəyanatında vurğulanıb.
Xatırladaq ki, bu gün Pakistanda göyərtəsində xarici ölkə nümayəndələrinin olduğu Mi-17 helikopteri qəzaya uğrayıb. Qəza nəticəsində Norveç və Filippinin Pakistandakı səfirləri ölüb. “Dawn” qəzeti hadisə zamanı Malayziya və İndoneziya səfirlərinin həyat yoldaşlarının öldüyü barədə xəbər yayıb. ümumiyyətlə, iki pilot daxil olmaqla, 6 nəfər ölüb. Polşa və Niderland səfirləri isə yaralanıb.