XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

15 September 2019 - 20:04

“Aş-Şabab” qruplaşması səkkiz məmuru qətlə yetirib- Somalidə

“Aş-Şabab” qruplaşmasının silahlıları Somalidə səkkiz məmuru qətlə yetirib.

Azərtac xəbər verir ki, Bloomberg agentliyinin yerli hakimiyyət orqanlarına istinadla yaydığı məlumata görə, Orta Şabelle əyalətinin qubernatoru və avtomobildə onunla birgə olan daha dörd məmur yol kənarına yerləşdirilmiş bombanın partlaması nəticəsində həlak olub.

Eyni gündə Keniya ilə sərhəddə yerləşən Beled-Xavo şəhərində rayon administrasiyasının üç əməkdaşı öz evlərində tutularaq öldürülüb.

Hər iki hücumun məsuliyyətini “Aş-Şabab” qruplaşması üzərinə götürüb.