XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

15 September 2019 - 20:35

Paris meriyasına seçkilər- Kimin şansı daha çoxdur?

Fransada 2020-ci ilin mart ayında bələdiyyə seçkilərinin birinici turu keçiriləcək. Seçki ilə bağlı İfop-Fudicial şirkətinin keçirdiyi sosial sorğunun nəticələrinə görə, Parisin hazırkı meri Ann Hidalqo birinci yerdədir.

“İrəli, Respublika” siyasi partiyasının namizədi Benjamin Qrivo (17%) ilə həmin partiyadan olan Sedrik Villani (15%) 2-ci və 3-cü yerləri bölüşürlər. Respublikaçılar Partiyasının namizədi Raşida Dati 14 faiz səslə dördüncü yerdədir.

Qeyd edək ki, Paris şəhərinin meri vəzifəsinə seçilmək üçün 12 nəfər namizədliyini irəli sürüb(azərtac).