Dağıstanın paytaxtı Mahaçqala şəhərində futbol matçı zamanı kütləvi dava baş verib.
Bu barədə respublikanın Daxili İşlər Nazirliyinin “İnstaqram” səhifəsində bildirilir.
Məlumatda deyilir: “Mahaçqalanın “Trud” meydançasında iki futbol komandası arasında dava baş verib. Davada təxminən 40 nəfər iştirak edib”.
Bildirilir ki, polislər davada iştirak edən 5 nəfəri saxlayıblar.
Dava nəticəsində bir nəfər xəsarət alıb və xəsatəxanaya yerləşdirilib. (Trend)