XƏBƏR LENTİ

04 İyun 2020

Digər Xəbərlər

16 Sentyabr 2019 - 21:54

Boris Conson Avropa Komissiyasının sədri ilə görüşüb- Müzakirə+FOTO

Böyük Britaniyanın Baş Naziri Boris Conson bu gün Lüksemburqda Avropa Komissiyasının sədri Jan Klod Yunkerlə görüşüb.

Azərtac xəbər verir ki, görüşə sonradan Avropa İttifaqının Brexit danışıqları üzrə müşaviri Mişel Barnier və Böyük Britaniyanın Brexit katibi Stiv Barkley də qoşulub.

Görüşdən sonra Jan Klod Yunker jurnalistlərə açıqlamasında danışıqların yüksək sürətlə davam etdiriləcəyini söyləyib.

O, Böyük Britaniya ilə Avropa İttifaqı arasındakı müzakirələrin fəallaşmasının vacib olduğunu və görüşlərin tezliklə baş tutacağını bildirib.

Qeyd edək ki, bu, Boris Consonun Baş Nazir seçiləndən sonra Jan Klod Yunker ilə ilk görüşüdür.