XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

17 September 2019 - 21:16

ABŞ və Belarus 11 illik fasilədən sonra səfir mübadiləsi edəcək

ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini David Heyl deyib ki, Birləşmiş Ştatlar və Belarus 11 illik fasilədən sonra səfir mübadiləsi edəcəklər.

Son 11 ildə ABŞ-ın Belarusda, Belarusun isə ABŞ-da səfirləri olmayıb.

Minskə səfəri zamanı Heyl jurnalistlərə deyib ki, səfirlərin göndərilmə vaxtı onun prezident Aleksandr Lukaşenko ilə görüşündən sonra bəlli olacaq.

Heyl deyib ki, “səfir mübadiləsi” iki ölkə arasında bağların bərpa edilməsində “tarixi addım” olacaq.

Birləşmiş Ştatlar və Avropa İttifaqı 25 ildir ki, Lukaşenkonın hakimiyyəti altında olan Belarusa 2006-cı ildən sanksiyalar qoyub.

Sanskiyaların qoyulmasına səbəb həmin il keçirilmiş prezident seçkisinin ardınca müxalifətin təqibinə başlanması idi.

Belarus sanksiyalara cavab olaraq 2008-ci ildə ABŞ-dakı səfirini geri çağırmışdı. Bundan az sonra ABŞ səfiri Belarusu tərk etmişdi.

Ötən ay ABŞ-ın indi artıq keçmiş milli təhlükəsizlik müvaşaviri Con Bolton Minskə səfər etmişdi.

Boltonla görüşündən sonra Lukaşenko demişdi ki, öz ölkəsi ilə ABŞ arasında münasibətlərin “yeni fəslinin açılmasını” istəyir. (azadliq.org)