XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

17 September 2019 - 22:09

BMT-nin Əfqanıstandakı missiyasının müddəti daha bir il uzadıldı –Qətnamə

BMT Təhlükəsizlik Şurası Əfqanıstana Yardım Missiyasının (UNAMA) fəaliyyət müddətini daha bir il, yəni 2020-ci ilin 17 sentyabr tarixinədək uzatmaq barədə qətnamə çıxarıb.

“RİA Novosti” xəbər verir ki, bu barədə yekdilliklə qəbul olunan qətnamədə bildirilir.

ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Kelli Kraft prezident Məhəmməd Əşrəf Qəninin seçki kampaniyası tədbirlərinə qarşı törədilən terror hücumlarını pislədiklərini deyib.

O, sözügedən qərarla Əfqanıstanda seçkiləri dəstəkləmək, həmçinin sülh və əmin-amanlığa, insan hüquqları təminatına töhfə verməklə bağlı missiyanın səlahiyyətlərinin genişlənmiş olduğunu qeyd edib/Report.