XƏBƏR LENTİ

16 Oktyabr 2019
15 Oktyabr 2019

Digər Xəbərlər

17 Sentyabr 2019 - 22:57

Dünyada miqrantların sayı 272 milyona çatır –Hesabat

BMT sentyabrın 17-də bildirib ki, dünya boyunca miqrantların sayı 2019-cu ildə təxminən 272 milyon nəfərə çatıb və bu rəqəm artmaqda davam edir.

BMT İqtisadi və Sosial İşlər departamentinin hesabatına görə, 2010-cu ildən bəri miqrant sayının 51 milyon nəfər artması o demədkir ki, indi bu artım tempinə görə dünyanın əhali artımını üstələyir.

Departamentin rəhbəri Liu Tenmin deyib ki, bu rəqəmlər miqrantların və miqrasiyasının həm mənbə, həm də istiqamət ölkələrinin inkişafındakı rolunu başa düşmək üçün kritik əhəmiyyət kəsb edir.

İndi miqrantlar dünya əhalisinin 3.5 faizini təşkil edirlər. Bu rəqəm 2010-cu ildə 2.8 faiz idi.

Hesabatda deyilir ki, beynəlxalq sərhədlər üzərindən zorakılıqlara görə miqrasiya yüksəlişdədir.

Məhz buna görə də 2010-2017-ci illər arasında qaçqın və sığınacaq istəyənlərin sayı 13 milyon nəfər artıb.

Miqrant sayına görə Şimali Amerikanı da geridə qoyan Avropa 82 milyon insana sığınacaq verib.

Ölkə-ölkə götürülərsə, qlobal miqrantların 20 faizi (51 milyon nəfər) ABŞ-da yerləşib.

Miqrant sayına görə ikinci və üçüncü yerləri Almaniya və Səudiyyə Ərəbistanı bölüşürlər.

Mənbə ölkələrinə gəlincə, Hindistanda doğulmuş 18 milyon nəfər hazırda xaricdə yaşayır. Miqrant mənbəyi kimi Meksika ikinci, Çin üçüncü, Rusiya 4-cü yerdədir.

BMT-nin hesabatında qeyd olunur ki, miqrantlar eyni regionun ölkələri arasında yerlərini dəyişirlər və hər dörd miqrantdan üçü əməkçi yaşındandadır. (azadliq.org)