XƏBƏR LENTİ

24 Yanvar 2021
23 Yanvar 2021

Digər Xəbərlər

18 Sentyabr 2019 - 11:22

Səudiyyə Ərəbistanı beynəlxalq koalisiyaya qoşulacaq- Körfəzdə nəqliyyatın təhlükəsizliyi üzrə

Səudiyyə Ərəbistanı Körfəzdə gəmiçiliyin təhlükəsizliyinin təmini üzrə beynəlxalq koalisiyaya qoşulmaq barədə qərar qəbul edib.

Bu barədə SPA dövlət agentliyi Səudiyyə Ərəbistanın Müdafiə Nazirliyinin adı açıqlanmayan məsul mənbəyə istinadla məlumat yayıb.

Qeyd olunur ki, bu beynəlxalq alyansın iştirakçıları Hörmuz, Bab-el Mandeb və Oman boğazları, eləcə də Körfəzdə gəmilərin sərbəst və təhlükəsiz keçməsinə zəmanət verməyi öz öhdəsinə götürür. Bildirilir ki, Krallığın bu beynəlxalq alyansa daxil olması dəniz nəqliyyatı ilə bağlı təhdidlərin qarşısının alınması, beynəlxalq ticarətin qorunması və beynəlxalq enerji şəbəkəsnin təhlükəsizliyini təmin etmək, habelə dünyada sabitliyin qorunması üçün regional və beynəlxalq səylərin dəstəklənməsi ilə əlaqədardır(azərtac).