XƏBƏR LENTİ

30 Oktyabr 2020

Digər Xəbərlər

18 Sentyabr 2019 - 17:32

Bahalı ev və maşınlara görə xüsusi vergi tətbiq ediləcək- Özbəkistanda

Özbəkistanda bahalı avtomobil sahibləri, çoxmərtəbəli binalardakı mənzillərin, fərdi evlərin, restoran və barların sahibləri xüsusi vergi ödəməli olacaqlar.

Azərtac Özbəkistan mətbuatına istinadla xəbər verir ki, qiyməti 20 min dollardan çox olan avtomobillərin, 200 kvadrat metrdən artıq olan mənzillərin, 500 kvadrat metrdən çox olan fərdi evlərin sahibləri belə vergiyə cəlb ediləcəklər.

Bildirilir ki, bundan gələn gəlir xərçəng və qan xəstələrinin müalicəsinə yönəldiləcək.

Belə bir təşəbbüslə Özbəkistanın Antiinssihar Komitəsi çıxış edib.