ABŞ-ın Milli Demokratiya İnstitutunun (NDI) Gürcüstanda keçirdiyi ictimai rəy sorğusunda respondentlər parlament seçkilərində hansı partiyanı dəstəkləyəcəklərini açıqlayıblar.
Strateq.az “Report”a istinadla xəbər verir ki, sorğunun nəticələrinə görə seçkilər sabah keçirilsəydi, rəyi soruşulanların 20%-i hakim Gürcü Arzusu Partiyasını dəstəkləyərdi.
Vahid Milli Hərəkat Partiyasına respondetlərin 9%-i, Vətənpərvərlər Alyansı Partiyası və Avropalı Gürcüstan Partiyasının hər birinə 4%-i səs verərdi.
Sorğuda iştirak edənlərin 26%-i suala cavab verməyib.
NDI sorğunu işğal altında olan ərazilər istisna olmaqla bütün Gürcüstan üzrə bu il iyulun 13-dən 29-dək keçirib. Sorğuda 2 131 respondent iştirak edib.