ABŞ Prezidenti Donald Tramp Meksika ilə sərhəddə tikilən hasara öz imzasını həkk edib.
Strateq.az xarici mətbuata istinadla xəbər verir ki, prezident inşaat işləri ilə tanış olmaq üçün sərhədyanı San Dieqo şəhərinə gəlib.
Tramp, orada işçilərdən birinin xahişi ilə xüsusi markerlə hasara imza atıb.
Xatırladaq ki, ABŞ-Meksika sərhədində qeyri-leqal miqrantların qarşısını almaq üçün 9 metr hündürlüyündə hasar çəkilir.