XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

28 Yanvar 2016 - 16:45

Qahirədən İstanbula uçan təyyarədə [color=red]bomba həyəcanı

Yanvarın 28-də Misirin “EgyptAir” aviasiya kompaniyasının Qahirədən İstanbula uçmalı olan 737 nömrəli reysi ərəb ölkəsinin beynəlxalq hava limanında guya təyyarənin göyərtəsinə bomba qoyulması barədə məlumat səbəbindən saxlanılıb.

Azərtac xəbər verir ki, hava limanında olan mənbənin məlumatına əsasən, onlara xarici ölkə səfirliklərinin birindən zəng edərək elektron ünvanlarına İstanbula uçan təyyarənin partladılacağı barədə hədələrin göndərildiyini bildirib. Hava limanının təhlükəsizlik xidməti uçuşa cəmi bir neçə dəqiqə qalmış layneri saxlayıb.

Hazırda təyyarə ehtiyat zolağa aparılıb və təhlükəsizlik xidmətinin mütəxəssisləri tərəfindən yoxlanılır. Aeroportda yoxlamanın iki saata yaxın davam edə biləcəyini deyiblər. Bu zaman ərzində bütün sərnişinlər, baqaj və təyyarənin özü yenidən yoxlanılacaq.