XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

20 September 2019 - 12:16

Tramp “Facebook”un rəhbərini Ağ evdə qəbul etdi –Sirli görüş

ABŞ Prezidenti Donald Tramp “Facebook”un rəhbəri Mark Zukerberqlə görüşüb.

Görüş Ağ Evin Dairəvi kabinetində baş tutub.

Görüşdən sonra amerikalı lider “Twitter” səhifəsində yazıb: “Mark Zukerberqlə Dairəvi kabinetdə xoş görüş oldu” .

Görüşün əvvəlcədən planlaşdırılmadığı qeyd edilir. Detallar açıqlanmır. (Trend)