Parisdəki «Disneylend» əyləncə parkında insident baş verib.
Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, Paris polisi parkda şübhəli hərəkətləri ilə diqqət çəkən gənci saxlayıb. Axtarış zamanı 28 yaşlı gəncin üzərindən silah çıxıb.
Hələlik insidentin detalları barədə əlavə məlumat verilməsə də, terror versiyası istisna olunmur.
Xatırladaq ki, Fransada 13 noyabr terroru ilə bağlı elan edilən fövqəladə vəziyyət hələ də davam edir.