XƏBƏR LENTİ

29 Oktyabr 2020
28 Oktyabr 2020

Digər Xəbərlər

28 Yanvar 2016 - 18:03

Egey dənizində növbəti faciə[color=red] – 10 uşaq suda boğuldu

Türkiyədən yola düşən qaçqınlarla dolu qayıq Yunanıstanın Samos adası sahilində batıb. Nəticədə 24 nəfər, o cümlədən 10 uşaq suda boğulub. Qayıqda olan adamlardan 10-u xilas edilib, 11-i isə itkin düşüb.

Yunanıstanın sahil mühafizəsinin nümayəndəsi "dpa" agentliyinə müsahibəsində bildirib ki, xilasetmə əməliyyatı davam edir. Bu əməliyyatda Avropa İttifaqının “Frontex” sərhəd məsələləri agentliyi, balıqçı gəmiləri, habelə Yunanıstan və Türkiyənin sahil mühafizəsi vertolyotları iştirak edir. Sahilə üzüb çatan qaçqınlardan biri məlumat verib ki, qayıqda təxminən 45 nəfər olub. Onların milli mənsubiyyəti haqqında məlumat yoxdur(Azərtac).