XƏBƏR LENTİ

23 Sentyabr 2020

Digər Xəbərlər

28 Yanvar 2016 - 18:13

“Şimali Qafqaz Rusiyadan qopacaq” – [color=red]Saakaşvilidən Putin, Kadırov və Rusiya haqda sensasion açıqlamalar

Gürcüstanın sabiq prezidenti, Ukraynanın Odessa şəhərinin qubernatoru Mixail Saakaşvili Rusiya və onun prezidenti Vladimir Putun haqda bədbin proqnozla çıxış edib.

“Qordon” Ukrayna nəşrinə müsahibəsində deyib ki, Putini ölkənin dağılması gözləyir: “Çünki Türkiyə kimi güclü rəqib, düşmən qazanmaq – bu, sənə zarafat gəlməsin. Buna görə də mən düşünürəm ki, Putinin sonu yaxınlaşır. Pütinin getməsi qaçılmazdır”.

Onun sözlərinə görə, Putin hakimiyyətinin çöküşündən sonra Rusiyada qarışıqlıq yaranacaq: “Ona görə ki, Rusiyada hakimiyyəti götürə biləcək elita qalmayıb. Putin bütün siyasi həyatı məhv edib. Rusiyanın hərbi sinfi də yoxdu ki, ölkənin idarəçiliyini ələ ala bilsin, təhlükəsizlik strukturları isə bu iş üçün yararlı deyil. Bax, onda qarışıqlıq yaranacaq və ərazi bütövlüyü ilə bağlı problemlər ortaya çıxacaq”.

Saakaşvili Çeçenistan lideri Ramzan Kadırovu isə "ağılsız" adlandırıb.

Putin hakimiyyətinin çöküşü ilə Rusiyanın ərazi bütövlüyü problemlərinin baş qaldıracağını deyərkən o, ən əvvəl Şimali Qafqazın ayrılacağını söyləyib: “İlk növbədə Şimali Qafqaz Rusiyadan qopacaq, çünki Moskva ona müstəmləkə kimi baxır və davranır. Rusiya orada sekulyar liderlərin hamısını məhv edib və real olaraq, ağılsız islam təlxəyi Kadırovu qazanıb. Bu qədər adamı öldürən adam tam normal ola bilməz” (Musavat.com).

Qeyd edək ki, ABŞ-ın “kölgə kəşfiyyatı” sayılan “Stratfor” analitik şirkəti də ötən il hazırladığı hesabatların birində yaxın on il üçün – 2025-ci ilədək Rusiyanın çökəcəyini proqnozlaşdırıb. Təhlilçilər bunun səbəblərindən biri kimi ölkədə mərkəzdənqaçma meyllərinin güclənməsi və regionları idarə etməyin mümkünsüz hala gəlməsi ilə izah eləmişdilər.

Sitat: “Yaxın 10 ildə Rusiyanın indiki formada mövcud olması ehtimalı yüksək deyil. Biz Rusiya Federasiyasının indiki formada 10 il də mövcud olacağını düşünmürük. Təbii xammalın ixracatından yüksək asılılıq və neftin qiymətinin qeyri-müəyyənliyi Moskvaya ölkənin bütün ərazisində dövlət institutlarını saxlamağa imkan verməyəcək. Biz Moskva hakimiyyətinin ciddi surətdə zəifləyəcəyini gözləyirik…”.