Sentyabrın 20-də Yerevan məhkəməsi ölkənin konstitusiya quruluşunu devirməkdə ittiham olunan keçmiş prezident Robert Köçaryanı zaminə buraxmaqdan imtina edib.
Bundan üç gün əvvəl keçirilmiş məhkəmədə isə hakim Köçəryanın vəkillərinin onun barəsində məhkəməyədək həbs qətimkan tədbirinin dəyişdirilməsinə dair vəsatətini rədd etmişdi.
Vəkillər bu vəsatəti Ermənistan Konstitusiya Məhkəməsinin 4 sentyabr tarixli qərarı ilə əsaslandırırdılar.
Bu qərarda deyilirdi ki, 65 yaşlı keçmiş prezidentin həbsi və mühakiməsi Konstitusiya ilə ziddiyyət təşkil edir. (azadliq.org)