XƏBƏR LENTİ

16 Yanvar 2021
15 Yanvar 2021

Digər Xəbərlər

21 Sentyabr 2019 - 13:24

Tramp ABŞ-ın Ukraynada fəaliyyətini mənasız hesab edir- Və bunun Rusiyanı qıcıqlandırıdığını düşünür

ABŞ prezidenti Donald Tramp ABŞ-ın Ukraynadakı fəaliyyətini mənasız hesab edir və bunun Rusiyanı qıcıqlandırıdığını düşünür.

APA-nın xəbərinə görə, bu barədə “The Washington Post” qəzeti öz mənbəsinə istinadən məlumat yayıb.

Dəfələrlə bu məsələni ABŞ lideri ilə müzakirə etdiyini qeyd edən mənbə Trampın “Ukraynadakı fəaliyyətimiz mənasızdır və yalnız Rusiyanı qıcıqlandırır” söylədiyini deyib: “Prezidentin mövqeyi mahiyyətcə ondan ibarətdir ki, Rusiya bizim dostumuz olmalıdır, belə də ki, Ukraynaya kim əhəmiyyət verir?”

“The Washington Post”un məqaləsində Donald Trampın Ağ Evdə Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüş üçün konkret vaxt təyin etməkdən imtina ediyi qeyd olunur, bununla belə, prezident Trampın köməkçilərinin bu görüşün baş tutmasını istədikləri vurğulanır.

Nəşr Trampın bu mövqeyini onun və vəkili Rudolf Culianinin ABŞ-ın sabiq vitse-prezidenti Cozef Bayden və oğlu ilə bağlı Ukraynada araşdırma aparılması tələbi ilə əlaqələndirir.