Qara dəniz üzərində uçan ABŞ və Rusiya təyyarələri arasında insident yaşanıb.
Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, Rusiya qırıcısı qaydanı pozaraq ABŞ-ın kəşfiyyat təyyarəsinin yaxınlığından uçub.
«Fox News»un məlumatına görə, ABŞ Müdafiə Nazirliyinin rəsmisi – podpolkovnik Mişel Baldanza bildirib ki, söhbət, Rusiyanın «Su-27» qırıcısından gedir. Onun sözlərinə görə, rus pilot təhlükəsiz və qeyri-peşəkar hərəkətə yol verib.