XƏBƏR LENTİ

02 İyun 2020
01 İyun 2020

Digər Xəbərlər

21 Sentyabr 2019 - 16:57

Türkiyə prezidenti:“Volkan Bozkırın BMT Baş Assambleyasının rəhbərliyinə namizədliyini irəli sürəcəyik”

“Dünya liderləri ilə təkbətək görüşlərim olacaq. Sentyabrın 24-də BMT Baş Assambleyasında çıxış edəcəyəm. Çıxışımda BMT-nin gündəmində olan sülh və təhlükəsizliyin təməl məsələlərinə münasibətimizi bildirəcəyik”.

APA-nın Türkiyə bürosunun məlumatına görə, bu barədə Prezident Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 74-cü sessiyası ilə əlaqədar Nyu-Yorka səfəri öncəsi Atatürk Hava Limanında jurnalistlərə açıqlama verərkən bildirib.

Ərdoğan səfər çərçivəsində Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici əlaqələr komitəsinin rəhbəri, səfir Volkan Bozkırın BMT Baş Assambleyasının
prezidenti vəzifəsinə namizədliyini irəli sürəcəklərini də bildirib: “İnanıram ki, Volkan Bozkır BMT Baş Assambleyasının prezidenti vəzifəsini layiqincə icra
edəcək”.

Türkiyə Prezidenti böyük bir heyətlə ABŞ-a səfər edəcəyini bildirib: “Bu tədbirə 150 ölkənin dövlət başçıları, 40-dan çox ölkənin nazirləri gələcək. Builki
toplantında iqlim, davamlı inkişaf, səhiyyə, yoxsulluğun aradan qaldırılması, təhsil kimi mövzular əsas olacaq. Biz Türkiyədə, regionda və dünyada baş verən hadisələr barədə fikirlərimizi açıq bildirəcəyik”.