XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

29 Yanvar 2016 - 05:41

Obama İŞİD-lə bağlı [color=red]yeni təlimat verdi

ABŞ prezidenti Barak Obama təhlükəsizlik məsələləri üzrə müşavirinə İŞİD-in Liviyadakı qanadına qarşı mübarizəni gücləndirmək barədə təlimat verib.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə «Reuters» Ağ Evə istinadən məlumat yayıb.

Məlumatda bildirilir ki, İŞİD Liviyada təsir dairəsini genişləndirməyə çalışır və Birləşmiş Ştatlar buna göz yummayacaq. O da qeyd olunur ki, Liviyadakı qeyri-stabil vəziyyət bu qruplaşmanın ölkədə genişlənməsinə şərait yaradıb. Üstəlik terrorçular Liviyanın Sirt şəhərindən regionun bir neçə neft obyektinə zərbələr endiriblər.