Beynəlxalq Haaqa Məhkəməsinin tarixində ilk dəfə olaraq keçmiş prezident müttəhimlər kürsüsünə çıxıb.
Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, bu, Kot-d'İvuaranın prezidenti Loran Qbaqbodur.
Keçmiş prezident bu məhkəməni 5 il həbs şəraitində gözləməli olub.
«Reuters»in məlumatına görə, 70 yaşlı Loran Qbaqbo ölkəsində 2010-2011-ci ildə gedən vətəndaş müharibəsi zamanı insanlıq əleyhinə cinayətlərdə təqsirli bilinir. Rəhbərlik etdiyi hökumət qüvvələri onun təlimatı ilə işgəncələrə və zorakı hərəkətlərə yol verib.
Ölkədə vəziyyət 2010-cu ilin noyabrında keçirilən prezident seçkilərindən sonra qarışıb. Seçkinin qalibi müxalifət lideri Alassan Uattara olsa da, Loran Qbaqbo uduzduğunu etiraf etmək və hakimiyyətdən getmək istəməyib.