XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

22 September 2019 - 09:00

Tehrandan Ər-Riyada çağırış:Yəməndəki müharibəyə son qoyun

İranın Xarici İşlər Nazirliyi Səudiyyə Ərəbistanını Yəməndə insan itkisindən başqa heç nə gətirməyən müharibəyə son qoymağa çağırıb.

Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil əl-Cubeyr şənbə günü krallıqdakı neft obyektlərinə edilən hücumların Yəməndən deyil, İrandan olduğunu bildirib, bununla belə o, sübutlar gətirməyib.

“Başqalarına qarşı əsassız ittihamların əvəzinə Səudiyyə Ərəbistanı hökuməti Yəməndəki günahsız insanların öldürülməsindən və bu ölkənin məhv edilməsindən başqa bir şey gətirməyən dağıdıcı müharibəyə son qoymalıdır”, – deyə İran XİN-in sözçüsü Abbas Musəvi qeyd edib.

O, Səudiyyə Ərəbistanındakı neft obyektlərinə hücumda Tehranın iştirakı ilə bağlı səsləndirilən ittihamları bir daha rədd edib. /APA