İran və Fransa prezidentləri Ruhani ilə Ollandın görüşü birgə nahara görə baş tutmayıb.
Strateq.az xarici KİV-ə istinadən bildirir ki, Fransa tərəfi masadan şərabı götürmək və halal ətdən istifadə etməkdən imtina edib. Fransa təmsilçiləri İran nümayəndə heyətinə liderlərin görüşünü səhər yeməyi vaxtı təşkil etməyi təklif ediblər, lakin İran tərəfi təklifi “olduqca quru” adlandıraraq bu cür formatı rədd edib.
Qeyd edək ki, İran nümayndə heyəti artıq ikinci gündür Parisdə rəsmi səfərdədir.