Ötən sutka ərzində xarici ölkələr ərazisindən Suriyaya 1352 qaçqın qayıdıb.
“RİA Novosti”nin verdiyi məlumata görə, Livandan “Ceydet-Yabus” və “Tel-Kalah” buraxılış məntəqələrindən 452 qaçqın (135 qadın, 230 uşaq), İordaniyadan “Nəsib” buraxılış məntəqəsindən 900 qaçqın (270 qadın, 459 uşaq) öz ölkəsinə qayıdıb/Trend.