XƏBƏR LENTİ

17 Oktyabr 2019
16 Oktyabr 2019

Digər Xəbərlər

23 Sentyabr 2019 - 09:33

Conson və Tramp 2020-ci ildə ticarət sazişi imzalayacaqlar –KİV

Böyük Britaniyanın baş naziri Boris Conson və ABŞ prezidenti Donald Tramp 2020-ci ilin iyulunda ikitərəfli ticarət sazişi imzalayacaqlar.

Bu barədə Britaniya hökumətindəki mənbəyə istinadən “Sun” nəşri bildirib.

Daha əvvəl Böyük Britaniyanın xarici işlər naziri Dominik Raab 2019-cu ilin oktyabrında Birləşmiş Krallığın Avropa Birliyindən çıxışından sonra Britaniyanın ABŞ-la işləmək üçün saziş bağlamaq qərarı haqqında bildirib. Donald Tramp isə vurğulayıb ki, “ölkələr sazişin bağlanması istiqamətində hərəkət edir”.

Qəzetin məlumatına görə, Britaniyanın baş naziri və ABŞ lideri BMT Baş Assambleyasında görüş zamanı bu qərarı elan edə bilərlər.

Qeyd edək ki, Böyük Britaniya 31 oktyabra qədər Avropa Birliyini tərk etməlidir. Lakin birlikdən çıxış haqqında cari razılaşma parlamentə sərf etmir. Avropa Birliyindən çıxışı habelə britaniyalılar da bəyənmir. (Report)